Azərbaycanlı fəal Əzimi Qədimin ailəsi onunla görüşüb - Evin zindanında

Azərbaycanlı fəal Əzimi Qədimin ailəsi onunla görüşüb - Evin zindanında

GünAz TV: Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı milli-mədəni fəal, din xadimi Höccətul-İslam Əbdüləziz Əzimi Qədimlə bağlı yeni xəbər var.

 

Son məlumata görə, fəalın həyat yoldaşı Rüqəyyə Səyyari və qızı uzun müddət səydən sonra nəhayət martın 9-da həbsxanada onunla görüşməyə müvəffəq olublar.

 

Birinci görüşün fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasından 2 ay 1 gün sonraya təsadüf etdiyi bildirilir. R.Səyyari həyat yoldaşının ümumi vəziyyətinin normal olduğunu deyib.

 

Adı çəkilən azərbaycanlı fəalla eyni vaxtda saxlanılan mühəndis Əli Baqiri barəsində isə 200 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb, hazırda onun ailəsi tələb olunan vəsiqəni hazırlamağa çalışır. Lakin Ə.Ə.Qədim haqda vəsiqə qərarının çıxarılması ilə bağlı heç bir məlumat yoxdur.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN