Azərbaycanlı fəal Hamid Allahverdipur məhkəmədə yeni ittihamla üzləşib

Azərbaycanlı fəal Hamid Allahverdipur məhkəmədə yeni ittihamla üzləşib

GünAz TV: Telefon vasitəsi ilə Əhər məhkəməsinə çağırılan azərbaycanlı milli-mədəni fəal Hamid Allahverdipurun son məhkəmə iclası keçirilib.

 

Bundan öncə ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə günahlandırılan fəal bu dəfə yeni ittihamla üzləşib. O insanlar arasında bəyanat yaydığı üçün sistemin əleyhinə təbliğdə günahlandırılıb.

 

Məlumata görə, fəal 2015-ci il noyabrın 12-də İran telekanalının yaydığı məlum təhqiramiz “Fitilə” verilişinə qarşı Əhərdə keçirilən etiraz aksiyasına qatıldığı üçün məhkəmə çağırılıb. Həmin aksiyada H.Allahverdipuir daha 30 soydaşımızla birlikdə təhlükəsizLik qüvvələri tərəfindən yaxalanıb 6 gün saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

H.Allahverdipur Sulduz şəhərinin tanınmış milli-mədəni fəallarından biridir, o hazırda Təbriz Azad universitetində hüquq ixtisası üzrə təhsil alır. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN