Azərbaycanlı fəal Mehdi Kuxiyan yenidən Polis İdarəsinə çağırılıb

Azərbaycanlı fəal Mehdi Kuxiyan yenidən Polis İdarəsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan bir həftə ərzində iki dəfə Məlikanın Polis İdarəsinə çağırılıb.

 

M.Kuxiyan bu barədə öz Facebook səhifəsində məlumat yayaraq dekabrın 5-də sorğu-suala tutulmaq məqsədi ilə Məlikan Polis İdarəsinin Təhlükəsizlik Bölümünə  müraciət etməli olduğunu bildirib.

 

Fəal ötən həftə noyabrın 29-da da yazılı məktubla Polis İdarəsinə çağırılmışdır.

 

M.Kuxiyan bir müddət öncə “Məlikan şəhər xəbəri” adlı Telegram səhifəsi açıb. O açdığı səhifədə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN