Azərbaycanlı fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra azadlığa buraxılıb

Azərbaycanlı fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra azadlığa buraxılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Nəcəfi 6 ay həbsdən sonra Təbrizin Mərkəzi Zindanından  azadlığa buraxılıb.

 

Məhkəmə hökmünün icrası üçün mayın 29-da həbs edilən  fəal noyabrın 16-da sərbəst buraxılıb.

 

M.Nəcəfi 2015-ci il noyabrın 20-də Təbrizin səhənd stadionunda “Traxtur” komandası ilə “Siyah cameqan”ın görüşü zamanı Yavər Sultani (Makı), Cavad Sultani (Makı), Cahanbəxş Sultanzadə (Makı), Mehdi Şərifi (Urmiyə), Hadi Hüseynzadə (Urmiyə), Cəfərpur (Urmiyə), Həsən Camali (Xoy), Məcid Nağızadə (Əhər), Məhəmməd Şirzad və Mehdi Şirzadla birlikdə saxlanılıb. Tutulan fəallar saxlandıqları müddətdə təhlükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

M.Nəcəfi bir neçə gün saxlandıqdan sonra müvəqqəti olaraq zəmanətə buraxılıb.

 

Azərbaycanlı fəal Təbriz məhkəməsi tərəfindən bir il həbs cəzasına məhkum edilib, lakin sonralar Apelyasiya Məhkəməsi həbs cəzasını 6 aya endirib. O “səs-küy salmaq yolu ilə ümumi asayışı pozmaq” kimi qondarma ittihamla üzləşib.

 

Sözügedən futbol yarışı zamanı təxminən 100 nəfər “Traxtur” tərəfdarının polis tərəfindən yaxalandığı bildirilir. Stadionda təxminən 15 min nəfər tamaşaçı qismində iştirak edib, onlar İran Teleradio Şirkətinin türkləri təhqir etməsinə etiraz olaraq şüarlar səsləndiriblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN