Azərbaycanlı fəallar Əlirza Çəngizi və Arəş Cəfəri Əhərin İnqilab Məhkəməsinə çağırılıb - GÖRÜNTÜ

Azərbaycanlı fəallar Əlirza Çəngizi və Arəş Cəfəri Əhərin İnqilab Məhkəməsinə çağırılıb - GÖRÜNTÜ

GünAz TV: Güney Azərbaycanın Əhər şəhərində azərbaycanlı fəallardan daha ikisinin İnqilab Məhkəməsinə çağırıldığı bildirilir. 

 

Əlirza Çəngizi və Arəş Cəfəri özlərini müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılıb. Məlumata görə, fevralın 28-də çağırış vərəqəsini təhvil alan fəallar 5 gün ərzində İnqilab Məhkəməsinə müraciət etməlidir.

 

Fəallar sistemin əleyhinə təbliğ etmək və hökumətə qarşı yığıncaq keçirməkdə ittiham olunur.

 

Ə.Çəngizi və A.Cəfəri 2015-ci il noyabrın 12-də Əhər şəhərində məlum “Fitilə” verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyası zamanı onlarla soydaşımızla birlikdə yaxalanıb bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

 

Fəallar bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.

 

Əlirza Çəngizi

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN