Azərbaycanlı fəallar İbrahim Nuri və Əkbər Cahangiri həbs cəzasına məhkum edilib

 Azərbaycanlı fəallar İbrahim Nuri və Əkbər Cahangiri həbs cəzasına məhkum edilib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar, Əhər şəhəri sakinləri İbrahim Nuri və Əkbər Cahangiri məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.

 

Məlumata görə, Əhər Məhkəməsinin 1-ci Şöbəsi İ.Nurini 6 ay, Ə.Cahangirini isə 4 ay müddətinə azadlıqdan məhrum edib.

 

Məhkəmə, İslam Cəza Qanununun 500-cü maddəsinə istinad edərək fəalları sistemin əleyhinə təbliğ ittihamı ilə həbs cəzasına məhkum edib.

 

Fəallar hökm elan olunduqdan sonra 20 gün ərzində məhkəmə qərarına etiraz edə bilərlər.

 

İ.Nuri və Ə.Cahangiri ötən il Rəməzan ayının son cümə günü (Qüds günü) keçirilən aksiyalarda Uyğur, Bayırbucaq və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlara dosye təşkil olunduqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıblar.

 

Yuxarıda adlarını çəkdiyimiz fəallar, Azərbaycxan Milli Hərəkatının tanınmış fəallarından sayılır, onlar İranda türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, müxtəlif işgəncələrə məruz qalıb və bəhs cəzasına məhkum ediliblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN