Azərbaycanlı fəallar Mehdi Kuxiyan və Kərim Çayçiyan saxlanılıb

Azərbaycanlı fəallar Mehdi Kuxiyan və Kərim Çayçiyan saxlanılıb

GünAz TV: Dekabrın 18-i səhər saatlarında Məlikanda iki azərbaycanlı milli-mədəni fəal saxlanılıb.

 

Məlumata görə, İranın təhlükəsizlik qüvvələri Mehdi Kərimi və Kərim Çayçiyanı yaxalayaraq naməlum istiqamətə aparıblar.

 

Fəalların evinə daxil olan məmurlar evdə axtarış aparıb və onlara məxsus notebook, mobil telefonu və kompüterlərə əl qoyublar.

 

Dekabrın 5-də məhkəmə hökmü ilə təhlükəsizlik orqanlarına çağırılan fəallar idarə etdikləri Teleqram kanalı ilə bağlı Şəhərin Bələdiyyə başqanı və Məlikanın İran parlamentindəki millət vəkilinin şikayətinə görə saxlanılıb. Bu barədə fəallarn ailəsi məlumat verib.

 

“Məlikan şəhər xəbəri” adlı Telegram kanalının əsas idarəçisi M.Kuxiyandır. O bu vasitə ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 

M.Kuxiyan bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN