Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Ettelaat əməkdaşları tərəfindən təhdid edilib

Azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami Ettelaat əməkdaşları tərəfindən təhdid edilib

GünAz TV: Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami ilə telefon əlaqəsi saxlayaraq onu hədələyiblər.

 

Ettelaat əməkdaşları noyabrın 2-i yerli vaxtla saat 10 radələrində azərbaycanlı fəala zəng edərək onunla təhqiramiz tonla danışıb, fəalı hazırda Tehranın Evin zindanında məhbus həyatı yaşayan siyasi məhbus Siyamək Mirzayiyə dəstək verməkdə günahlandırıblar. Onlar azərbaycanlı fəalla S.Mirzayinin ailəsi arasında olan dostluq münasibətini pozmağa çalışıb, bu barədə onu təhdid ediblər.

 

Məlumata görə, K.İslami Ettelaat əməkdaşlarının təhdidlərinə qarşı öz mövqeyini sonunadək müdafiə edib.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal tarixi, milli və ictimai sahələlərdə türk və fars dillərində bir çox məqalələr yazıb. O mədəni fəaliyyətinə görə, dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir çox təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN