Azərbaycanlı milli-mədəni fəal Mənsur Seyfi məhkəməyə çağırılıb

Azərbaycanlı milli-mədəni fəal Mənsur Seyfi məhkəməyə çağırılıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Mensur Seyfi Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.

 

Özünü müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılan fəal aprelin 12-i yerli vaxtla saat 9:30-da məhkəməyə müraciət etməlidir.

 

Fəal “ölkə təhlükəsizliyini pozmağa çalışan müxalif qruplara üzv olmaq”da günahlandırılır.

 

M.Seyfi 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq 80 fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə müvəqqəti azadlığa  buraxılmışdır.

 

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizli qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Xatırladaq ki, İran rejimi son aylarda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri artırıb. Ötən günlərdə çox sayda fəalın İnqilab Məhkəməsinə çağırılması onlara qarşı edilən təzyiqin tərkib hissəsidir.

 

N.S

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN