Əbduləziz Əzimi Qədim və Əli Baqiri Evin zindanına intiqal edilib

Əbduləziz Əzimi Qədim və Əli Baqiri Evin zindanına intiqal edilib

GünAz TV: Şənbə günü Tehranda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan azərbaycanlı fəalların Evin zindanına intiqal edildiyi bildirilir.

 

Ruhanilərə Məxsus Məhkəmənin hökmü ilə müvəqqəti olaraq saxlanılan Höccətul-İslam Əbduləziz Əzimi Qədim və Əli Baqirinin Evin zindanının karantin bölümündə saxlandığı ehtimal edilir.

 

Ruhanilərə Məxsus Məhkəmə fəalların hansı səbəbdən yaxalandığı barədə heç bir məlumat verməyib.

 

Xatırladaq ki, adını çəkdiyimiz fəallar yanvarın 7-i səhər saatlarında Tehranda mülki geyimli məmurlar tərəfindən tutulub.

 

Əbduləziz Əzimi Qədim bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlekəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN