Əhərdə 5 azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Əhərdə 5 azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib

GünAz TV: Avqustun 27-də Əhər şəhərinin İnqilab Məhkəməsində 5 azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib.

 

Süleyman Kazimi, Məcid Nağızadə, Arəş Cəfəri, Calal Derovgər və Abbas Nəzərinin keçirildiyi məhkəmə iclasına hakim Baqirpur sədrlik edib.

 

2015-ci il noyabrın 12-də Əhərdə məlum təhqiramiz “Fitilə” televiziya verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyasında onlarla fəal yaxalanıb, bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıblar.  Süleyman Kazimi, Məcid Nağızadə, Arəş Cəfəri və Calal Derovgər etiraz aksiyaları zamanı saxlanılan fəallar arasında olub, onlar həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıblar. Fəallar məhkəmə tərəfindən ölkə təhlükəsizliyinə qarşı addım atmaqda ittiham olunur.

 

Abbas Nəzəri isə 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak etdiyinə görə saxlanılıb. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, təxminən 100 fəalı yaxalayıb. Mərasimdə tutulan fəalların əksəriyyəti bir neçə gün sonra zəmanətə buraxılıb. Abbas Nəzəri həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb, o ölkə təhlükəsizliyinə qarşı toplaşmada iştirak etməkdə günahlandırılır.

 

Azərbaycanlı fəallar məhkəmənin irəli sürdüyü ittihamları təmami ilə əsassız və qanunsuz olduğunu iddia edərək mədəni fəaliyyətlərinin qanuna uyğun olduğunu bildirirlər.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN