Əkbər Əbulzadə Əhər və Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

Əkbər Əbulzadə Əhər və Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əkbər Əbulzadə Əhər və Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

Özünü müdafiə etmək üçün məhkəmə prosesinin son iclasına çağırılan fəal 5 gün ərzində Əhərin İnqilab Məhkəməsinə müraciət etməlidir.

 

Ə.Əbulzadə 2015-ci il noyabrın 12-də Əhər şəhərində məlum “Fitilə” verilişi ilə əlaqədar fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyası zamanı onlarla soydaşımızla birlikdə yaxalanıb bir müddət saxlandıqdan sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Xəbər verdiyimiz kimi, “Fitilə” verilişinə etiraz edənlərdən Murtaza Səfəri, Süleyman Kazimi, Məcid Nağızadə, Əlirza Çəngizi və Arəş Cəfəri də İnqilab Məhkəməsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən, Ə.Əbulzadə aprelin 12-i yerli vaxtla saat 9:30-da Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə də müraciət etməlidir.  Beynəlxalq Ana Dili Günü mərasimində saxlanılan fəal “ölkə təhlükəsizliyini pozmağa çalışan müxalif qruplara üzv olmaq”da günahlandırılır.

 

Ə.Əbulzadə 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq 80 fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.

 

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN