Əkbər Əbulzadə və Süleyman Kazimi Əhər Məhkəməsinə çağırılıb

Əkbər Əbulzadə və Süleyman Kazimi Əhər Məhkəməsinə çağırılıb

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Əkbər Əbulzadə və Süleyman Kazimi Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

 

İnqilab Məhkəməsinin göndərdiyi çağırış vərəqələrinə əsasən hər iki fəal avqustun 8-də Məhkəməyə müraciət etməlidir.

 

Ə.Əbulzadə ölkə təhlükəsizliyini pozamaq məqsədi ilə sistemə qarşı qruplar təşkil etməkdə, S.Kazimi isə ölkə təhlükəsizliyinə qarşı sövdələşmədə ittiham olunur.

 

 

Fəallar 2014-cü il fevralın 20-də Əhərdə Ə.Əbulzadənin atası evində Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimlə bağlı məhkəməyə çağırılıb. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla evə hücum edib, təxminən 80 fəalı yaxalayıb. Ə.Əbulzadə və S.Kazimi tutulan fəallar arasında olub. Fəalların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra zəmanətə buraxılıb. Ə.Əbulzadə də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb, o yaxalanarkən təhükəsizlik qüvvələri tərəfindən döyülüb.

 

 

Hər iki fəal 2015-ci il məlum “Fitilə” televiziya verilişinə etiraz edərək fars irqçiliyinə qarşı keçirilən etiraz aksiyalarında saxlanmışdır.

 

Ə.Əbulzadə 2014-cü il iyunun 10-da Urmu gölü etirazları, 2015-ci il iyulun 17-də isə Babək qalası ətəklərinə gedərkən daha 6 fəalla birlikdə Kəleybərdə saxlanılıb, hir neçə gün sonra zəmanətə buraxılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN