Əli Əzizi və Sina Həsəninin məhkəmə iclası keçirilib

2016-12-10 15:48

GünAz TV: Dekabrın 10-da azərbaycanlı fəallar Əli Əzizi və Sina Həsəninin son məhkəmə iclası keçirilib.

 

Sistemim əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə ittiham olunan fəallar Urmiyə İnqilab məhkəməsinin 6-cı şöbəsində mühakimə olunub.

 

Hakim məhkəmə iclasının sonunda dosyenin artıq təqib olunmayacağı, lakin son qərar üçün İnqilab Məhkəməsinin hakimlərinə göndəriləcəyini bildirib.

 

Ə.Əzizi və S.Həsəni 2015-ci il iyunun 4-də mədəni fəaliyyətlərinə görə İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Təhlükəsizlik Bölümünün əməkdaşları tərəfindən yaxalanıb bir həftə ağır şəraitdə saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar. Bundan sonra azərbaycanlı fəallar sözügedən dosye ilə əlaqədar dəfələrlə məhkəmə və təhlükəsizlik orqanlarına çağırılıb və dindiriliblər.

 

Məlumata görə, İslam İnqilabı Keşikçilər Korpusu fəalların İnqilab Məhkəməsinə göndərdiyi dosyesində bir çox qondarma iddia irəli sürüb.

 

Sina Həsəni haqqında:

İngiltərənin “MI-6” ilə irtibatda olmaq, İsrailin xüsusi xidmət orqanı MOSSAD ilə irtibatda olmaq, pantürkistlərlə irtibatda olmaq, Ana dili ilə bağlı mərasim keçirmək və bu barədə Bəyanatlar yaymaq, “21 Azər” Hərəkatı ilə bağlı mərasim keçirmək, Ana dilində kurslar təşkil etmək, Azərbaycan türkcəsini tədris etmək və pantürkizm yönlü yığıncaqlar təşkil etmək.

Əli Əzizi haqqında:

İngiltərənin “MI-6” ilə irtibatda olmaq, pantürkist qruplarla irtibatda olmaq, “20 Xordad” nümayişləri ilə bağlı Bildirilər yaymaq, Azərbaycan türkcəsi kurslarında iştirak etmək, ana dilində kursların təşkil edilməsinə dəstək vermək, pantürkizm yönlü yığıncaqların təşkilinə yardım etmək və “21 Azər” yığıncağına qatılmaq.

 

S.Həsəni və Ə.Əzizi elan ediblər ki, dosyenin “Sepah” tərəfindən təşkilindən öncə İngiltərənin “MI-6” və MOSSAD haqqında heç bir məlumatları olmayıb. Onlar bu barədə heç nə oxuyub vəya eşitmədiklərini vurğulayıblar.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əhərin 30 kəndində təhsil kaneks məktəblərdə aparılır

2021-01-25

gun az article

Hökumət Zəncanın 50 illik "Cahan” bitki yağı zavodunu "özəlləşdirmə"klə yüzlərlə insanı işsız qoyub

2021-01-25

gun az article

Marağa-Sərəskənd yolunda baş verən qəzada 8 nəfər ölüb və yaralanıb

2021-01-25

gun az article

İranın Mədəni İrs nazirliyi Əhərin qayaüstü yazıları və qədim mağaralarına yiyə durmur+fotolar

2021-01-25

gun az article

Binab Azad Universitetinin müəllim heyəti və işçiləri etiraz aksiyası keçirib

2021-01-25

gun az article

Yusif kari ilə görüş; güneyli milli-mədəni fəalın qısa bioqrafiyası+video

2021-01-25

gun az article

Təbrizdə silahlı hücum nəticəsində dövlət məmuru öldürülüb

2021-01-25

gun az article

Traxtur komandasının qələbəsi əlbəyaxa davaya çevrilib-Traxturun qapıçısı xəstəxanaya yerləşdirilib+video,fotolar

2021-01-24

gun az article

Çaldıranda 3 antik əşya qaçaqmalçısı həyatını itirib

2021-01-24

gun az article

Milli fəal Əfşar Muhib təhlükəsizlik məmurları tərəfindən dindirilib

2021-01-24

gun az article

Azadlıq radiosunun bu həftəki qonağı güneyli siyasi məhbus Rza Vasiqi olub+video

2021-01-24

gun az article

Qarabağ məhkumu Rza Seyid Nuri bəraət alıb

2021-01-24

gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23