Ərdəbil zindanında bir məhbus 10 gündür dəmir dirəyə bağlanıb

Ərdəbil zindanında bir məhbus 10 gündür dəmir dirəyə bağlanıb

GünAz TV: Ərdəbil zindanında müvəqqəti saxlanma qərarı ilə saxlanılan bir müttəhimin ağır işgəncə edildiyi barədə xəbər yayılıb.

 

Məlumata görə, nikahdan kənar cinsi əlaqədə olmaq ittihamı ilə saxlanılan Əfşin Vəlipur məhbusların biri ilə əlbəyaxa dava edib. O bundan sonra zindan məsullarının göstərişi ilə həbsxananın karantin bölümünə aparılıb, orada zəncirlə dəmir dirəyə bağlanıb.

 

Bu barədə etibarlı bir mənbə “Herana” xəbər agentliyinə məlumat verərək müttəhimin noyabrın 13-dən dəmir dirəyə bağlandığını deyib.

 

Son günlərdə Əfşin Vəlipurun haqqında əlavə məlumatın yayılmadığı bildirilir.

 

Ərdəbil zindanı hər zaman öz hüquqlarını tələb edən məhbuslara qarşı acınacaqlı üsullardan istifadə edir. Bundan öncə Behnam Əmiri, Meysəm Sabir, Məhəmməd Sabir Məlek Rəisi, Əfşin Zeynali və Abbas Əlipur adlı məhbuslar həbsxananın həyətində 10 saatdan çox dəmir dirəklərə bağlanılaraq işgəncə edilib.

 

Bu barədə bəluç millətinə mənsub siyasi məhbus Məhəməd Sabir Məlek Rəisi ölkə prezidenti Həsən Ruhaniyə açıq məktub yazaraq Ərdəbil zindanının həyətində soyuq havada 14 saat dəmir dirəyə zəncirləşdiyini bildirmişdir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN