Ərdəbildə azərbaycanlı məhbus Siyamək Mirzayiyə dəstək məqsədilə divarlara şüarlar yazılıb

2017-06-03 08:49

GünAzTV: Güney Azərbaycanın Ərdəbil şəhərində milli zəmində apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayiyə dəstək məqsədilə küçə divarlarına geniş şüarlar yazılıb.

 

Məktəblərin və hökumət idarələrin divarlarına türk və fars dillərində geniş şəkildə yazılan “Yaşasın Siyamək Mirzayi”, Azərbaycanın igid oğlu Siyamək Mirzayi azad olsun”, “Siyamək Mirzayiyə azadlıq” və “Siyamək Mirzayi azadlığa buraxılmalıdır” şüarlarda dinc fəala dəstək nümayiş etdirilməsi ilə yanaşı onun həm də dərhal azadlığa buraxılması tələb edilib.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin həbsxananın 8-ci korpusunda saxlanılır.

 

Tehran məhkəməsi, azərbaycanlı fəalı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Siyamək Mirzayi bir neçə gün əvvəl Tehran prokurorunun müavini Hacı Muradiyə məktub yazaraq Apellyasiya Məhkəməsində onun işinə (dosyesinə) yenidən baxılması prosesinə mane olan kənar qüvvələrdən gileylənib. Məktubunda qanunsuz həbsinə etiraz bildirərək saxlanma şəraitini açıqlayan və müvəqqəti azadlığa buraxılması qarşılığında məhkəmənin ETTELAAT əməkdaşlarının təzyiqi ilə ailəsindən ağır mülki vəsiqə girovu tələb etməsinə toxunan Siyamək Mirzayi, barəsində irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, həmin gün, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.

 

 

 

 

 

 

 

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ankarada bir qrup milli fəal dəstək üçün Azərbaycan səfirliyinə müraciət edib

2020-07-16

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 600 nəfəri ötüb

2020-07-16

gun az article

İran təhlükəsizlik təşkilatları Azərbaycana dəstək mitinqinin qarşısını almaq məqsədilə azərbaycanlı fəalları təhdid edir

2020-07-16

gun az article

Şərqi Azərbaycanın 300 kəndində şagirdlər dəmir dərs otaqlarında təhsil alır

2020-07-16

gun az article

Təbrizdə sahibkarlar etiraz aksiyası keçirib

2020-07-16

gun az article

Güney azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmin məhkəməsi keçirilib

2020-07-16

gun az article

Güney azərbaycanlı deputat İran televiziyasının Qarabağı "erməni torpağı" adlandırmasına etiraz edib

2020-07-16

gun az article

GünazTV July.15.2020: Qalx ayağa Azərbaycan

2020-07-16

gun az article

GünazTV July.15.2020: Qalx ayağa Azərbaycan

2020-07-15

gun az article

GünazTV July.15.2020: Minlərlə yürüşçü müharibə tələbi ilə Bakıda küçələrə çıxıb

2020-07-15

gun az article

GünazTV July.15.2020: "Azərbaycan Xalqi Ayaqda"

2020-07-15

gun az article

Güney Azərbaycan mübarizə yolu və Azərbaycan türkcəsi 

2020-07-15

gun az article

Güney Azərbaycanlı jurnalist Yavər Sultani  müvəqqəti azadlığa buraxılıb

2020-07-15

gun az article

Təbriz və Tehranda Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

2020-07-15

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-07-15

gun az article

Şərqi Azərbaycanda yol qəzaları 3 ayda 190 nəfərin canını alıb

2020-07-15

gun az article

“Azərbaycan Mədəniyyət Ocağı” Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-15

gun az article

GünazTV July.14.2020-Özümüz: Babilik və Bahayilik Qacar Dönəmində

2020-07-15

gun az article

GünazTV July.14.2020 -GÜNDƏM MASASI: Terrorist Ermənistan hakimiyyəti və onun Türk düşmənliyi siyasəti

2020-07-15

gun az article

Urmiyada taksi sürücüləri etiraz aksiyası keçirib

2020-07-14