Ərdəbildə saxlanılan Meysəm Colanidən yeni xəbər

Ərdəbildə saxlanılan Meysəm Colanidən yeni xəbər

GünAz TV: Noyabrın 17-də Ərdəbildə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Meysəm Colanidən yeni xəbər var.

 

Noyabrın 30-da fəalın yaxınları tərəfindən GünAz TV-nin mətbuat mərkəzinə verilən məlumata görə,  o Ərdəbilin mərkəzi zindanına daxil edilib.

 

Azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb və naməlum istiqamətə aparılmışdır.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Şübhəsiz ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atmaq istəyib.

 

Bu günə qədər kimliyi müəyyən edilən saxlanmış fəalların siyahısı GünAz TV və Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) tərəfindən yayılıb.

 

Meysəm Colani tanınmış güney azərbaycanlı milli-mədəni fəallardan biridir. O bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN