Ərdəbildə Siyamək Mirzayiyə və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə divarlara şüarlar yazılıb

Ərdəbildə Siyamək Mirzayiyə və digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə divarlara şüarlar yazılıb

GünAzTV: Ərdəbildə, milli zəmində apardığı dinc fəaliyətinə görə Tehranın Evin zindanında saxlanılan Siyamək Mirzayiyə və bir neçə gün əvvəl Babək qalası toplantısında tutulan digər azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə divarlara şüarlar yazılıb.

 

Ərdəbilli fəalların şəhərin müxtəlif məhəllə və küçələrində divarlara yazdığı “Siyamək Mirzayi və Babək qalasında tutulanlar sərbəst buraxılsın”  şüarında öz insani və milli haqları uğrunda sivil yolla mübarizə aparan azərbaycanlı fəallara dəstək nümayiş etdirilib, onların qeydsiz-şərtsiz azadlığa buraxılması tələb edilib.

 

 

“ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Tehran məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

1 ilə yaxındır Evin zindanının 8-ci korpusunda saxlanılan fəal Siyamək Mirzayi, qanunsuz həbsinə, həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirir.

 

 

Həmçinin iyunun 30-da Azərbaycan türklərinin milli qəhrəmanı sayılan Babəkin doğum günü münasibətilə Kəleybər şəhərindəki Babək qalasında toplantı keçirilib və mərasimə qatılan yüzlərlə fəal Siyamək Mirzayinin azadləğa buraxılmasını tələb ediblər. Lakin İran təhlükəsizlik qüvvələrinin həmin toplantıya basqını nəticəsində 12 azərbaycanlı fəal tutaraq naməlum istiqamətə aparılıb. Son məlumatlara əsasən tutulanlardan 5-i dindirildikdən sonra sərbəst buraxılıb, 4-ü üçün vəsiqə girovu təyin edilib, 2-si isə hazırda təzyiq və işgəncələr altında saxlanılaraq dindirilir.

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN