Ərdəbilli fəal Meysəm Colani İnqilab Məhkəməsinə çağırıldı

Ərdəbilli fəal Meysəm Colani İnqilab Məhkəməsinə çağırıldı

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Meysəm Colani Əhər Ədliyyə Şöbəsinin binasında yerləşən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən, ərdəbilli fəal aprelin 12-də məhkəməyə müraciət etməlidir, o “ölkə təhlükəsizliyini pozmağa çalışan müxalif qruplara üzv olmaq”da günahlandırılır.

 

M.Colani 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimində tutulanlar arasında olub. Həmin mərasimdə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və silahla mərasimin keçirildiyi evə daxil olaraq 80 fəalı yaxalamışdır. Onların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.

 

Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardıqları mədəni fəaliyyətə görə dəfələrlə təhlükəsizli qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN