Evin zindanında saxlanılan azərbaycanlı fəal Əbduləziz Əzimi Qədim haqda heç bir məlumat yoxdur

Evin zindanında saxlanılan azərbaycanlı fəal Əbduləziz Əzimi Qədim haqda heç bir məlumat yoxdur

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, tanınmış din xadimi Əbduləziz Əzimi Qədimin tutulmasından 3 aydan çox vaxt keçməsinə baxmayaraq, o hələ də Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

“Aqillik, təhlil və əməl” Telegram kanalının müdiri Əbduləziz Əzimi Qədim 2017-ci il yanvarın 7-də digər azərbaycanlı fəal Əli Baqiri ilə birlikdə, Ə.Baqirinin Tehrandakı evində mülki geyimli məmurlar tərəfindən yaxalanaraq Evin zindanına aparılıb.

 

Artıq fəalın tutulmasından 3 aydan çox keçir, lakin onun hansı vəziyyətdə saxlanıldığı bəlli deyil.

 

Əbdüləziz Əzimi Qədimın həyat yoldaşı və qızı 61 gün saxlandıqdan sonra onunla martın 9-da həbsxanada görüşüblər. O tarixdən bu günə qədər fəalla bağlı heç bir məlumat yayılmayıb.

 

Din xadimi ilə birlikdə yaxalanan Ə.Baqiri isə martın 12-də 200 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN