Həbib Sasaniyan Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

Həbib Sasaniyan Təbrizin İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV: Bir ildir Təbrizin mərkəzi zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı şair və milli-mədəni fəal Həbib Sasaniyan Təbrizin İnqilab Məhkəməsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən fəal mayın 15-də Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə müraciət etməlidir.

 

Fəalın məhkəməyə çağırılmasına səbəb Şərqi Azərbaycan ETTELAAT İdarəsinin onun əleyhinə şikayət etməsidir.

 

Uzun müddətdir həbsxanada müvəqqəti saxlanılan azərbaycanlı fəalın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və cismi baxımdan ağır vəziyyətdə olduğu bildirilir.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Qiyabi olaraq məhkəmə iclası keçirilən fəal casusluq və “Gamo” adlı qanunsuz qrup yaratmaq kimi saxta ittihamla üzləşib.  

 

Təbrizin İnqilab Məhkəməsi fəalın müvəqqəti olaraq azadlığa buraxılmasının qarşısını almaq üçün onun barəsində bir milyard tümənlik mülki vəsiqə qərarı çıxarıb, fəalın ailəsi ağır məbləğdə vəsiqəni təmin etmək imkanına malik deyil.

 

 

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN