Həbib Sasaniyan və 5 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Həbib Sasaniyan və 5 azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsində azərbaycanlı fəallar Həbib Sasaniyan, Əli Rzayi, Mehdi Cavadzadə, Həmid Səqəfi, Babək Avənd və İsmail Fəximinin birinci məhkəmə iclası keçirilib.

 

Həbib Sasaniyan Təbriz zindanından göndərdiyi Səs Faylında vurğuladığı kimi, məhkəmə iclası qapalı keçirildiyinə görə iclasa qatılmaqdan imtina edib.

 

Babək Avəndin vəkili isə müvəkkilinin dosyesini diqqətlə araşdırmaq üçün hakimdən bir ay vaxt istəyib, hakim vəkillə razılaşaraq məhkəmə iclasını bir ay təxirə salıb. Hakim həmçinin Həbib Sasaniyan və Əli Rzayinin saxlanma müddətini daha bir ay uzatdığını elan edib.

 

Həbib Sasaniyanın müvəqqəti saxlanma müddəti 11-ci aydır ki, hakim tərəfindən uzadılır.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

 

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Hazırda Təbrizin mərkəzi zindanında saxlanılan fəalın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və cismi baxımdan ağır vəziyyətdə olduğu bildirilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN