Həbib Sasaniyanın Həbsxanadan Novruz bayramı təbriki... - GÖRÜNTÜ

Həbib Sasaniyanın Həbsxanadan Novruz bayramı təbriki... - GÖRÜNTÜ

GünAz TV: Bir ilə yaxındır Təbrizin mərkəzi zindanında müvəqqəti olaraq saxlanılan Həbib Sasaniyan Novruz bayramı münasibəti ilə Azərbaycan türk milləti və Azərbaycan uğrunda mübarizə aparan bütün fəalları təbrik edib.

 

Təbrik mesajını martın 20-də Səs Faylı vasitəsi ilə çatdıran fəal, Azərbaycan həqiqətləri uğrunda mübarizə aparan fəallara can sağlığı və işlərində uğurlar arzulayıb. O, aydın bir gələcəklə bağlı ümid verməyə çalışıb. “Bizim vəziyyətimiz hər zaman belə qalmayacaq”- deyə fəal öz mesajında vurğulayıb.

 

Sasaniyanın evində isə bayram olduqca sönük keçib. Azərbaycanlı fəalın övladları bayram süfrəsi ətrafına toplaşarkən atalarının şəkilini əllərində tutublar, Yaşar və Babək Sasaniyan ataların nə zaman azadlığa buraxılacağını gözləyir.

 

Həbib Sasaniyan 2016-cı il mayın 15-də daha 5 fəalla birlikdə Ərdəbildə saxlanılıb. Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi və bu məsələ ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

 

44 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Hazırda Təbrizin mərkəzi zindanında saxlanılan fəalın müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi və cismi baxımdan ağır vəziyyətdə olduğu bildirilir.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN