Həbsdə olan güney azərbaycanlı fəal məhkəməyə çağırılıb

Həbsdə olan güney azərbaycanlı fəal məhkəməyə çağırılıb

GünAz TV: Güney azərbaycanlı millli-mədəni fəal Yusif Kari Ərdəbilin İnqilab Məhkəməsinə çağırılıb.

 

3 aydan çoxdur həbsdə olan azərbaycanlı fəal dekabrın 10-da məhkəməyə müraciət etməlidir. O “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq və ölkədə təhlükəsizliyi pozmaq məqsədi ilə qövmlərlə bağlı qrupun iclaslarına qatılmaq və qrupda üzv olmaq” ittihamı ilə mühakimə olunacaq.

 

Yusif Kari sentyabrın 3-də yaxalanıb. O bir neçə gün  Ərdəbilin Ettelaat İdarəsində dindirildikdən sonra sentyabrın 8-də bu şəhərin Mərkəzi zindanına köçürülüb.

 

Qeyd etmək lazımdır ki, təhlükəsizlik və məhkəmə orqanları azərbaycanlı siyasi məhbusun dosyesinə müdaxilə edərək bir neçə dəfə onun azadlığa buraxılmasına mane olublar.

 

İlk dəfə fəalın barəsində 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb, qərar sonra 300 milyon tümənlik vəsiqə hökmü ilə əvəzlənib. Ən sonda hakim Nonəhal fəalın ailəsinə bildirib ki, onun azadlığa buraxılması üçün qeyd olunan məbləğ nağd şəkildə Məhkəmə Sisteminin hesabına yatırılmalıdır, əks halda sərbəst buraxılmayacaq.

 

Yusif Kari bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN