İbrahim Nuri barəsində çıxarılan hökmlərin yazılı olaraq təqdim edilmədiyi üçün məhkəməyə etiraz edib

İbrahim Nuri barəsində çıxarılan hökmlərin yazılı olaraq təqdim edilmədiyi üçün məhkəməyə etiraz edib

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri barəsində çıxarılan məhkəmə hökmünün yazılı şəkildə ona verilməməsindən Şərqi Azərbaycan Ədliyə Şöbəsinin Təhlükəsizlik Bölümünə (Hifazət və Ettelaat Bölümü) etiraz məktubu göndərib.

 

Qeyd edək ki, Azərbaycanlı fəal mədəni fəaliyyətləri ilə əlaqədar iki fərqli dosyeyə görə 16 ay həbs cəzasına məhkum edilib.

 

Əhər İnqilab Məhkəməsi 1-ci Şöbəsinin barəsində çıxardığı hər iki hökmün nömrə və mövzularını məktubda qeyd edən fəal sistemin əleyhinə təbliğ etmək və ölkə təhlükəsizliyinə qarşı sözləşmə və toplaşmada ittiham olunduğunu qeyd edib. 16 ay həbs cəzasına məhkum edilən fəal, məhkəmə çıxardığı hökmləri ona yazılı olaraq təqdim etməkdən imtina etdiyinə etiraz bildirib, Ədliyyə Şöbəsindən bu məsələyə baxmasını tələb edib.

 

İ.Nuri etiraz məktubunda konstitusiya və məhkəmə qanunlarına istinad edərək siyasi və mətbuat məsələləri ilə bağlı məhkəmə prosesinin açıq keçirilməli olduğunu xatırladıb. O həmçinin məhkəmələrdə vətəndaş hüququna təhlükəsizlik məsələsi kimi baxıldığını, siyasi məsələlərin konkret olaq tərif olunmadığını bildirib. Azərbaycanlı fəal bütün bunların qanuna zidd olduğunu diqqətə çatdırıb.

 

Etiraz məktubunda bir neçə misal dərc olunaraq məhkəmə hökmünün yazılı şəkildə təqdim olunmamasının heç bir məntiqə uyğun gəlmədiyi bildirilib. “Əgər bir məhkumun vəkili xaric ölkədə olursa və müdafiə mətni hazırlamaq üçün yazılı hökmü tələb edərsə, o zaman bu problem necə öz həllini tapar?! Müvəkkil həbsxanada olursa, vəkil isə hərhansı səbəbə görə məhkəməyə gəlib hökmü dinləmək imkanına malik olmasa, bu problemi necə həll etmək olar? və s.” kimi misallar məktubda qeyd olunub.

 

 

N.S

 

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN