İranda azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı bəlli olub

İranda azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı bəlli olub

GünAzTV: İranda tanınmış azərbaycanlı məhbus Siyamək Mirzayinin Apellyasiya Məhkəməsinin vaxtı müəyyənləşdirilib. Bu barədə Siyamək Mirzayinin vəkili Məhəmmədrza Fəqihi aprelin 24-də jurnalistlərə açıqlama verib.

 

Vəkil bildirib ki, Apellyasiya Məhkəməsində müvəkkilinin axırıncı müdafiəsi dinləniləcək və onun barəsində çıxarılan əvvəlki hökmə etirazına baxılacaq: “Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinin rəisi, hakim Zərgər bildirib ki, müvəkkilimin əvvəlki hökmə etirazına aprelin 26-da (ordibeheştin 6-da) baxılacaq”.

 

“ETTELAAT” əməkdaşları,  İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda apardığı dinc fəaliyyətinə görə  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq niyyəti ilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq, onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Məhkəmənin hakimi Bəhram Həsəni isə Siyamək Mirzayinin müvəqqəti azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, fəalın vəkilləri  təyin edilən vəsiqə məbləğinin azaldılmasına çalışırlar.  Lakin, onların bu cəhdi hələ ki, nəticəsiz qalıb.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN