İranda məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin məhkəməsi keçirilib

İranda məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin məhkəməsi keçirilib

GünAzTV: İranda milli zəmində apardığı dinc fəaliyyətinə görə 6 aya yaxındır Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan tanınmış azərbaycanlı fəal Siyamək Mirzayinin məhkəməsi keçirilib.

 

Fəalın məhkəməsi dekabrın 26-da Tehranın Gülüstan İnqilab Məhkəməsində hakim Həsəninin sədrliyi ilə keçirilib. İki saat sürən məhkəmə iclasında ərdəbilli fəalın vəkili Cəfər Əfşarniya, müvəkkilinə qarşı irəli sürülən bütün ittihamları rədd edib. O, müvəkkilini müdafiə edərək onun müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən ağır mülki vəsiğə qərarına yenidən baxılmasını tələb edib. Ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılan Siyamək Mirzayinin müvəqqəti olaraq azadlığa buraxılması qarşılığında bundan əvvəl 1 milyard tümənlik mülki vəsiğə girov qoyulması tələb olunub. Məhkəmənin qərarı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN