İranda tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi 10 il həbsə və 2 il sürgünə məhkum edilib

İranda tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi 10 il həbsə və 2 il sürgünə məhkum edilib

GünAzTV: İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə Tehranın Evin zindanında saxlanılan tanınmış azərbaycanlı fəal Siyamək Mirzayi 10 il həbsə və 2 il sürgünə məhkum edilib.

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Tehrandakı Gülüstan inqilab Məhkəməsinin katibi, yanvarın 20-də şifahi şəkildə fəalın yaxınlarına bildirib ki, Siyamək Mirzayi, məhkəmənin hakimi, Həsəni tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq 10 il həbsə və 2 il sürgünə məhkum edilib. O, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan fəalın haraya sürgün ediləcəyini açıqlamayıb.

 

Bildirilir ki, hökm, yazılı şəkildə azərbaycanlı fəalın vəkilinə elan edilməyib və şifahi şəkildə məhkəmə hakiminin katibi tərəfindən elan edildiyinə görə hələ tam qəti təsdiqini tapmayıb.

 

 Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN