Jalə Təbrizi BMT İnsan haqları Şurasının iclasında İranda etniklərin hüquqları haqda çıxış edib

2017-03-16 08:31

GünAz TV: Güney azərbaycanlı İnsan haqları müdafiəçisi Jalə Təbrizi Cenevrədə Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan haqları Şurasının 34-cü iclasında “İran İslam Cümhuriyyətinin etnik azlıqlarla bağlı siyasəti” mövzusunda çıxış edib.

 

“Etnik azlıqların hüquqları ilə bağlı çoxlu beynəlxalq sənəd var. İran İslam Cümhuriyyəti bu sənədlərin əksəiyyətini təsdiqləyib, lakin onları riayət etmir. 2016-cı il noyabr ayında etnik azlıqların hüquqları ilə əlaqədar  keçirilən 9-cu forumda İran İslam Cümhuriyyəti “etnik, məzhəb və icma qruplarının tələbləri haqda görülən işlər” adı altında iki braşura təqdim etdi. Sözsüz ki, sadəcə ölkə xaricinə hesablanmış braşura daxildə vətəndaşlar arasında yayılmır. Həmin braşurada İran, konstitusiyanın (anayasa) 15, 19 və 20-ci maddələrinə istinad edərək ölkədə bütün etniklərin bərabər hüquqlu olduğunu iddia edib və onların hüquqlarının riayət olunduğunu bildirib. İranın nümayəndəsi öz çıxışında açıq-aşkar şəkildə İranda etniklərin azlıq deyil, ölkənin əksəriyyətini təşkil etdiyini də dilə gətirib”- deyə o çıxışının müqəddəməsində qeyd edib.

 

J.Təbrizi çıxışının davamında İranda etniklərin vəziyyəti heç də dövlətin iddia etdiyi kimi olmadığına diqqət çəkib.

“İran İslam Cümhuriyyəti 38 il ərzində hələ də türk, bəluç, ərəb, kürd və s. kimi etniklərin hüquqlarına dair konstitusiyada qeyd olunan maddələri icra etməyib vəya olduğu kimi həyata keçirməyib. İslam Cümhuriyyəti ana dildə təhsillə bağlı 15-ci maddənin icrasını tələb edənləri həbs edir, onları ağır cəzalandırır. 2014-cü ildə Beynəlxalq Ana Dili Günü münasibəti ilə mərasim keçirdiklərinə görə Əkbər Azad 10 il həbs, iki il İlama sürgün edilmə, Əlirza Fərşi 15 il həbs, iki il Xuzistana sürgün edilmə, Behnam Şeyxi 10 il həbs, 2 il Xuzistana sürgün edilmə və Həmid Mənafi 10 il həbs, 2 il Loristana sürgün edilmə cəzasına məhkum edilib. Murtaza Muradpur, siyamək Mirzayi və Həbib Sasaniyan isə şair olmaq vəya ana dilində yazıb-oxumaq kimi fəaliyyətlərinə görə həbs edilib. İslam cümhuriyyəti belə insanları özü üçün təhlükə hesab edir. Biz qeyri-fars millətlər ətraf-mühiti müdafiə etdiyimizdə vəya iqtisadi, siyasi və ictimai ayrı-seçiliklərə reaksiya verdiyimizdə ölkə təhlükəsizliyini pozmaq və bölücülükdə ittiham olunuruq.

Qeyri-fars millətlərinin yaşadığı bölgələrdə ətraf-mühitin ekolojisi təhlükəli səviyyəyə çatmaqdadır. Xuzistanı toz dumanı bürüyüb, bu əhalinin sağlamlığı üçün böyük təhlükə yaradır. Elə bu səbəbdən Xuzistan əhalisi həftələrlə küçələrə çıxaraq etiraz etdilər. Onlar yoxsulluq və işsizlikdən də əziyyət çəkir. Ölkə sərvətinin 85 faizi isə məhz bu bölgədən təmin olur. Sistan-Bəluçistan vilayətində də əhalinin böyük əksəriyyəti yoxsulluq həddindən aşağıda yaşayır. Türkmənlər isə balıqçılıq və əkinçilik yolu ilə həyatlarını təmin edirlər. Şərqi və Qərbi Azərbaycan vilayətlərində isə 14 milyon əhali Urmu gölü böhranı ilə əlaqədar bölgədən köçməli olacaq. İslam Cümhuriyyəti bütün bu problemlərin həlli ilə bağlı heç bir düzgün addım atmayıb”- deyə o çıxışının davamında qeyd edib.

 

N.S

 

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

2020-06-05

gun az article

İran televiziyasından növbəti anti-Azərbaycan addım: tanınmış pendir brendinə qarşı təxribat + VİDEO

2020-06-05

gun az article

Ərdəbilli sənətçilərin  İranda olan repressiyaya qarşı performans əsəri  – VİDEO

2020-06-05

gun az article

Azərbaycanlı rejissor iranlıların irqçi yanaşmasını tənqid edib

2020-06-05

gun az article

Urmiya gölünün son vəziyyəti + VİDEO

2020-06-04

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma halları sürətlə artır

2020-06-04

gun az article

“Urmiyə 90” komandası İran çempionatının I dəstəsi yarışlarından geri çəkilməyə məcbur olub

2020-06-04

gun az article

İmam cümə Qərbi Azərbaycan əyalətinin kürd valisinin idarəçiliyini tənqid edib

2020-06-04

gun az article

Tarixi “Rəbi-Rəşidi” şəhərciyinin ərazisində yanğın baş verib + Video

2020-06-04

gun az article

GünazTV June.03.2020: Kürd təşkilatları Azərbaycan topraqlarına göz dikib, ABŞ-dakı etirazlar və İranda aban etirazlarına baxış.

2020-06-03

gun az article

Marağada məktəb binalarının 40 faizi bərbad vəziyyətdədir

2020-06-03

gun az article

Əhərdə ailəvi qonaqlıqda iştirak edən 9 nəfər koronavirusa yoluxub

2020-06-03

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayı 6000-i ötüb

2020-06-03

gun az article

Azərbaycanlıların geniş etirazından sonra Xoy tarixi bazarının təhrif olunmuş adları düzəldilib

2020-06-03

gun az article

Təbriz Şəhər Şurasının sədri həbs edilib

2020-06-03

gun az article

Güney azərbaycanlı fəal və idmançı müvəqqəti azadlığa buraxılıb

2020-06-03

gun az article

GünazTV June.02.2020-Özümüz:Qacarlar: Fəthəli Şah

2020-06-02

gun az article

GünazTV June.02.2020 -GÜNDƏM MASASI:Güney Azərbaycan'da İran dəstəkli kürd terrorizmi

2020-06-02

gun az article

Aynalı turizm düşərgəsi fəaliyyətini dayandırıb

2020-06-02

gun az article

Güney azərbaycanlı aşıq İslam Mirzayinin yas mərasimi keçirilib + VİDEO

2020-06-02