Kərim Çayçiyan Marağa zindanından azadlığa buraxılıb

Kərim Çayçiyan Marağa zindanından azadlığa buraxılıb

GünAz TV: “Məlikan xəbər şəhəri” teleqram kanalı dosyesi ilə bağlı tutuqlanan Kərim Çayçiyan dekabrın 25-də Marağa zindanından vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Dostu mehdi Kuxiyanla dekabrın 21-dən dodaqlarını tikərək aclıq aksiyasına başlayan K.Çayçiyan səhhəti ilə əlaqədar Məlikanın Farabi Xəstəxanasına aparıldıqdan sonra azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal, hazırda Marağa zindanının karantin bölümündə aclıq aksiyasında olan Mehdi Kuxiyanın ağır vəziyyətdə olduğunu bildirib.

 

Məlikanlı fəallar dekabrın 19-da öz evlərində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

 

Qeyd edək ki, “Məlikan xəbər şəhəri” teleqram kanalının 12 min 500 üzvü var. İran qanunları çərçivəsində fəaliyyət göstərən teleqram kanalında Məlikan şəhərinin ictimai problemləri və yerli məsulların fəaliyyəti haqda müxtəlif məlumatlar yayılır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN