Marağa zindanında aclıq aksiyasında olan Mehdi Kuxiyan və Kərim Çayçiyana təzyiqlər artıb

Marağa zindanında aclıq aksiyasında olan Mehdi Kuxiyan və Kərim Çayçiyana təzyiqlər artıb

GünAz TV:  Ötən həftə Məlikan prokurorunun göstərişi ilə tutuqlanan Mehdi Kuxiyan və Kərim Çayçiyan barədə yeni məlumat yayılıb.

 

Əldə etdiyimiz məlumata görə, Marağa zindanında dekabrın 21-dən aclıq aksiyasına başlayan azərbaycanlı fəallar vəkil tutmaq və yaxınları ilə görüşmək hüququndan məhrum edilib. Bu barədə Məlikan prokuroru Peyman Məhəmmədpur göstəriş verib.

 

M.Kuxiyan və K.Çayçiyan məmurlar tərəfindən döyüldüyünə, ittihamlarının elan olunmadığına, ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilmədiklərinə və təcridxanada 48 saat ərzində onlara yemək verilmədiyinə görə yaxalandıqdan 2 gün sonra dodaqlarını tikərək aclıq aksiyasına başlayıblar.

 

M.Kuxiyan yaxalanmadan öncə öz yaxınlarına bildirib ki, o,  Məlikan prokurorunun şəhərin Bələdiyyə başqanı Fərhad Nərimanpurla gizli maliyyə əlaqəsi və prokurorun qardaşı oğlunun Mərdəqçay çayının mühafizə zolağını qazaraq böyük miqdarda qum götürməsini ifşa etdiyinə görə prokurorun qəzəbinə tüş gəlib.

 

Yayılan informasiyalara görə, prokuror fəalların tutulmasını GünAz TV ilə irtibatda olmaq, rəhbəri təhqir etmək, məhkəmə məsulları və Məlikanın millət vəkilini təhqir etmək kimi saxta ittihamlarla üz-üzə qoymağa çalışır. Məlikanın millət vəkili Salman Xudadidinin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Nazirliyinə bağlı olduğu və prokurorun onun göstərişi ilə azərbaycanlı fəallara qərəzli münasibət bəslədiyi qeyd olunur.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəallar dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Fəalların evinə daxil olan məmurlar evdə axtarış aparıb və onlara məxsus notebook, mobil telefonu və kompüterlərə əl qoyublar.

 

İlk öncə dekabrın 5-də məhkəmə hökmü ilə təhlükəsizlik orqanlarına çağırılan fəallar idarə etdikləri Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası və bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlanıb. Bu barədə fəallarn ailə üzvləri məlumat verib.

“Məlikan şəhər xəbəri” adlı Telegram kanalının əsas idarəçisi M.Kuxiyandır. O bu vasitə ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.

 

M.Kuxiyan bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN