Məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin məhkəməsinin dəqiq vaxtı açıqlanıb

Məhbus azərbaycanlı fəal Siyamək Mirzayinin məhkəməsinin dəqiq vaxtı açıqlanıb

GünAzTV: İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə  görə 6 aya yaxındır Tehranın Evin zindanında saxlanılan tanınmış fəal Siyamək Mirzayinin durumu ilə bağlı yeni məlumat yayılıb.

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumatda bildirilir ki, fəal dekabrın 18-də ailəsinə zəng vuraraq barəsində keçiriləcək məhkəmə vaxtının müəyyənləşdirilməsindən xəbər verib. Siyamək Mirzayi bildirib ki, onun məhkəməsinin ilk iclası dekabrın 26-da (deyin 6-da) keçiriləcək. Hazırda Evin zindanının 209-cu korpusunda saxlanılan fəalın Tehranın Gülüstan İnqilab Məhkəməsində mühakimə olunacağı bildirilir.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN