Mehdi Dustdar Ərdəbil Məhkəməsinə çağırılıb

Mehdi Dustdar Ərdəbil Məhkəməsinə çağırılıb

GünAz TV: Ötən günlərdə 20 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılan azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar Ərdəbil Məhkəməsinə çağırılıb.

 

Məlumata görə, Ərdəbil Məhkəməsinin 10-cu Şöbəsi noyabrın 20-də azərbaycanlı fəala iki çağırış vərəqəsi göndərərək onu məhkəməyə çağırıb, fəal 5 gün ərzində məhkəməyə müraciət etməlidir.

 

Çağırış vərəqələrində qeyd olunduğu kimi, M.Dustdar son məhkəmə iclasında ona qarşı irəli sürülən ittihamdan özünü müdafiə edəcək.

 

Son həftələrdə Ərdəbil şəhərində divarlar üzərinə çoxlu milli şüarlar yazılıb. Azərbaycanlı gənclər tərəfindən yazılan şüarlar rejimin təhlükəsizlik qüvvələrini hərəkətə gətirib. Bu hadisələrdən sonra M.Dustdar oktyabrın 31-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Polis İdarəsinin təcridxanasına aparılıb. O 11 gün ruhi və fiziki işgəncələr altında saxlandıqdan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Çağırış vərəqələri:

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN