Mehdi Kuxiyan və Səccad Əfruziyan Marağa zindanına intiqal edilib

Mehdi Kuxiyan və Səccad Əfruziyan Marağa zindanına intiqal edilib

GünAz TV: Təbriz “Sepah” (İslam İnqilabı Keşikçilər Korpusu) Şöbəsinin Təhlükəsizlik Bölümünün təknəfərlik məhbəsində saxlanılan məlikanlı azərbaycanlı milli-mədəni fəallar Mehdi Kuxiyan və Səccad Əfruziyan Marağa zindanına intiqal edilib.

  

S.Əfruziyanın azadlığa buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə təyin edilib, lakin M.Kuxiyanın barəsində çıxarılan qərar haqda dəqiq məlumat yoxdur.

 

Marağa zindanına köçürüldükdən sonra S.Əfruziyan 8 günlük və M.Kuxiyan 32 günlük aclıq aksiyasını dayandırıb.

 

M.Kuxiyan Marağa zindanına aparıldıqdan sonra 2016-cı il dekabrın 21-də aclıq aksiyasına başlayıb. O sonralar Təbrizin “Sepah” Şöbəsinə intiqal edilmişdir.

 

Azərbaycanlı fəalların saxlanma səbəbi “Məlikan xəbər şəhəri” Teleqram kanalında fəaliyyət göstərmələridir. Bu kanal Məlikanın rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb.

 

S.Əfruziyan yanvarın 15-də ETTELAAT əməkdaşları tərəfindən döyülərək öz evində yaxalanıb. Fəalı yaxalamaq məqsədi ilə evə hücum edən məmurlar onun ailə üzvləri, o cümlədən anasına qarşı kobud rəftarlara yol veriblər. Fəal bu vəziyyətə etiraz olaraq saxlandığı gündən etiraz aksiyasına başlamışdır.

 

Hazırda Marağa zindanında saxlanılan fəalların yaxın günlərdə sərbəst buraxılacağı gözlənilir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN