Mehdi Kuxiyandan heç bir xəbər yoxdur - Aclıq aksiyasının 25-ci günündə

Mehdi Kuxiyandan heç bir xəbər yoxdur -  Aclıq aksiyasının 25-ci günündə

GünAz TV: Azərbaycanlı fəal Mehdi Kuxiyanın aclıq aksiyası 25-ci günə daxil olduğu bir halda onun vəziyyərti ilə bağlı heç bir məlumat yoxdur.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları 2016-cı il dekabrın 28-də azərbaycanlı fəalı məhkəməyə aparmaq adı ilə Marağa zindandan çıxarıb və naməlum istiqamətə aparıblar. Bir neçə gün harada saxlanıldığı məlum olmayan fəal, 2017-ci il yanvarın 3-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümündə saxlandığını deyib. Həmin zaman yayılan məlumata görə, fəal aclıq aksiyasına davam etdiyini bildirib. Bundan sonra azərbaycanlı fəalla bağlı heç bir məlumat yoxdur.

 

M.Kuxiyan dekabrın 18-i səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və 3 gün sonra Marağa zindanına aparılıb. Fəal idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası və bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlanıb.

 

O qanunsuz saxlanılmasına etiraz olaraq dekabrın 21-dən dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

 

M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin ona qarşı təzyiqləri artıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN