Məhəmməd Zarei Ettelaat İdarəsinə çağırılıb – Əhərdə

Məhəmməd Zarei Ettelaat İdarəsinə çağırılıb – Əhərdə

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Məhəmməd Zarei Əhər şəhərinin Ettelaat (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə çağırılıb.

 

Əldə etdiyimiz məlumata görə, Ettelaat İdarəsi sentyabr 10-da fəala göndərdiyi çağırış vərəqəsində ondan 3 gün sonra Əhər şəhərinin Ettelaat İdarəsinə müraciət etməsini istəyib.

 

Sentyabrın 13-də Ettelaat İdarəsinə müraciət edən Məhəmməd Zarei haqda dosye təşkil olunduğu bildirilir. O azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin azadlığını tələb edən banner daşıdığına görə sistemin əleyhinə təbliğ ittihamı ilə üzləşib.

 

Ettelaat İdarəsində fəala dosye təşkil olunduqdan sonra, o ilkin istintaq işləri ilə bağlı ikinci şöbədə müstəntiq Fazil Niyanın yanına aparılıb. Fəal nəhayət ki, 15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Bundan öncə də bildiriş yaymaq, plakat qaldırmaq, şüar səsləndirmək və s. kimi yollarla azərbaycanlı siyasi məhbuslara dəstək verən bir çox fəal Ettelaat İdarəsi tərəfindən təhdid edilib və saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN