Muğanın Parsabad şəhərində Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb

Muğanın Parsabad şəhərində Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb

GünAzTV: İran təhlükəsizlik qüvvələrinin azərbaycanlı milli-mədəni fəallarına qarşı təzyiq və təhdidlərinin gücləndirilməsinə baxmayaraq son günlər Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində tanınmış məhbus Siyamək Mirzayinin azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb.

 

 

Şəhərin müxtəlif məhəllərində divarlara yazılmış “Siyamək Mirzayi azad olsun”, “Yaşasın Azərbaycan”, “Azərbaycan igidi Siyamək Mirzayiyə azadlıq” şüarlarda, qanunsuz həbsinə etiraz olaraq iyunun 17-dən bu yana Tehranın Evin zindanında aclığa başlayan azərbaycanlı məhbusun dərhal azadlığa buraxılması tələb edilib.

 

11 aydan çoxdur Evin zindanının 8-ci korpusunda saxlanılan Siyamək Mirzayi, qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinə və onların onun işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirir.

 

Fəal, iyunun 20-də yaxınlarından birinə zəng vuraraq qan təzyiqinin kəskin düşməsindən xəbər verib. O bildirib ki, qan təzyiqinin düşməsinə baxmayaraq o, qanuni istəklərinə çatana qədər aclığı davam etdirəcək.

 

 

Xatırladaq ki,  “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN