Murtaza Məhəmmədi Əhərin İnqilab Məhkəməsinə çağırılıb

Murtaza Məhəmmədi Əhərin İnqilab Məhkəməsinə çağırılıb

GünAz TV:  Azərbaycanlı milli-mədəni fəal Murtaza Məhəmmədi Əhər şəhəri İnqilab Məhkəməsinə çağırılıb.

     

Çağırış vərəqəsinə əsasən fəal aprelin 12-i yerli vaxtla saat 9:30-da Əhər İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə müraciət etməlidir.

 

Murtaza Məhəmmədi 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü mərasimi ilə əlaqədar tutulan fəallardan biridir. O, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə sistemin müxalif qruplarını idarə etmək” ittihamı ilə məhkməyə çağırılıb.

 

2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə iştirak edənlərdən 80-ı yaxalanmışdır. Təhlükəsizlik qüvvələri azərbaycanlı fəalları yaxalarkən gözyaşardıcı qaz və silahla evə daxil olmuşdular. Tutulan fəalların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra vəsiqə qərarı ilə sərbəst buraxılmışdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN