Murtaza Muradpur və Rəsul Rəzəvi Təbriz zindanına qaytarılıb

Murtaza Muradpur və Rəsul Rəzəvi Təbriz zindanına qaytarılıb

GünAz TV: Noyabrın 4-də aclıq aksiyası keçirərkən Təbriz zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən azərbaycanlı fəallar Murtaza Muradpur və Rəsul Rəzəvi, dekabrın 7-də yenidən Təbriz zindanına qaytarılıb.

 

Bu, siyasi məhbuslar aclıq aksiyalarını davam etdirdikdən və məhkəmə orqanlarına dəfələrlə müraciət etdikdən sonra mümkün olub.

 

Məlumata görə, məhkəmə fəalların Təbrizə qaytarılması ilə bağlı noyabrın 22-də hökm çıxarıb. Siyasi məhbusların Təbrizə qaytarılmasının xərci onların ailəsi tərəfindən ödənilib.

 

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Onun haırda sağlıq durumunun kritik olduğu bildirilir.

 

M.Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN