Qum şəhərində saxlanılan “Traxtur” tərəfdarları sərbəst buraxılıb

Qum şəhərində saxlanılan “Traxtur” tərəfdarları sərbəst buraxılıb

GünAz TV: Qumda “Səba”-“Traxtur” qarşılaşması zamanı saxlanılan 3 “Traxtur” tərəfdarı sərbəst buraxılıb. Bu, Təbriz klubu məsullarının məsələyə qarşılması ilə mümkün olub.

 

“Cümə günü Qum və Təbriz şəhərlərindən olan 3 komanda tərəfdarı polis tərəfindən yaxalanaraq məhkəməyə aparıldı. Onlar Qum Şəhər Gənclər və İdman İdarəsinin şikayəti əsasında 100 milyon tümən məbləğində cərimə və həbs cəzası ilə üzləşdilər. Lakin mən və Klubun icraçı direktoru cənab Acorlu stadiona dəyən ziyanın klub tərəfindən ödəniləcəyinə dair öhdəlik götürdük, bundan sonra Gənclər və İdman İdarəsi şikayətini geri götürdü və tutulan 3 komanda tərəfdarı şənbə günü saat 15 radələrinə azadlığa buraxıldı”- deyə “Traxtur” Klubu Tərəfdarları Mərkəzinin rəisi İsmail Qılıcxani bildirib.

 

Onun sözlərinə görə, klub məsullarının yardımı olmasaydı, tutulan tərəfdarlar dərhal həbs olunacaqdı.

 

Azadlığa buraxılan komanda tərəfdarlarının ikisi Qum, biri isə Təbriz şəhərinin sakinləridir.

 

Xatrırladaq ki, aprelin 7-də Qum şəhərində baş tutan görüş yenə də insdentsiz ötüşməyib. Belə ki, Təbrizin “Traxtur” futbol komandası super liqa yarışlarının 26-ci həftəsində “Səba” ilə görüş üçün Qum şəhərinə gedib. Azərbaycan komandası şəhərə daxil olarkən yerli türklər tərəfindən böyük coşqu ilə qarşılanıb. Soydaşlarımız doğma komandanı ““Traxtur” öz şəhərinə xoş gəlmisən” banneri ilə qarşılayıb, onu hotelə qədər müşayiət ediblər. Məlumata görə, türklərin plakatla stadiona daxil olub və “Traxtur”u gur səslə təşviq etməsi təhlükəsizlik qüvvələrini qəzəbləndirib. Polis əməkdaşları oyunun son dəqiqələrində “Traxtur” tərəfdarlarına hücuma keçib, onları vəhşicəsinə döyüblər. Hadisə nəticəsində bir nəfərin burnu qırılıb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Burnu qırılan gənc dərhal xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Stadionda 3 nəfər “Traxtur” tərəfdarı saxlanılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN