Rəhim Qulami Əhərin İnqilab Məhkəməsinə çağırıb – GÖRÜNTÜ

2017-06-25 22:15

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rəhim Qulami Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

 

Bu barədə məhkəmə ərdəbilli fəalın evinə yazılı çağırış vərəqəsi göndərib.

 

Çağırş vərəqəsinə əsasən, fəal avqustun 8-i yerli vaxtla saat 10:00-da məhkəməyə müraciət etməlidir. O “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sistemə qarşı olan qruplara üzv” olmaqda günahlandırılır.

 

Azərbaycanlı fəal 2014-cü il fevralın 20-də Beynəlxalq Ana Dili Günü mərasimi ilə bağlı dosyesinə görə məhkəməyə çağırıb. Həmin tarixdə Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən yığıncaqda, Rəhim Qulami də daxil olmaqda təxminən 80 nəfər milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Digər fəallarla birlikdə yaxalanan Rəhim Qulami bir müddət saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

 Rəhim Qulami şair, jurnalist və Azərbaycan folkloru üzrə araşdırmaçıdır, o Ərdəbildə nəşr olunan müxtəlif dərgilərlə əməkdaşlıq edib. Azərbaycanlı fəal “Avaye Ərdəbil” qəzetinin keçmiş müdir-məsulu olub.

 

Rəhim Qulami Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə 2006, 2008, 2011, 2012, 2014 və 2015-ci illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə hökmü ilə həbs edilib. O, bir neçə dəfə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təknəfərlik məhbəslərinə salınıb, ağır cismi və ruhi işgəncələrə məruz qalıb.

 

Məhkəmənin çağırış vərəqəsi:

 

N.S

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV July.14.2020-Özümüz: Babilik və Bahayilik Qacar Dönəmində

2020-07-15

gun az article

GünazTV July.14.2020 -GÜNDƏM MASASI: Terrorist Ermənistan hakimiyyəti və onun Türk düşmənliyi siyasəti

2020-07-15

gun az article

Urmiyada taksi sürücüləri etiraz aksiyası keçirib

2020-07-14

gun az article

GünazTV July.14.2020: Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayounun kəndlərinə hücumu beynəlxalq aləmdə reaksiyalar doğurmaqdadır

2020-07-14

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 590 nəfərə çatıb

2020-07-14

gun az article

Şərqi Azərbaycanda təqaüdçülərin 57%-i alıcılıq qabiliyyətini itirib

2020-07-14

gun az article

Şərqi Azərbaycanda 760 kənd içməli sudan məhrumdur

2020-07-14

gun az article

GünazTV June.13.2020: PARLAQ GƏLƏCƏK: İran rejimində zorla etiraf almaq və işgəncər, Çin və İran rejimi arasındakı anlaşmasına baxiş

2020-07-14

gun az article

Sel Güney Azərbaycanın müxtəlif bölgələrində fəsadlar yaradıb + VİDEO/FOTO

2020-07-13

gun az article

Güney azərbaycanlı deputatdan Azərbaycana dəstək: "Ermənistan təcavüzkardır"

2020-07-13

gun az article

Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13

gun az article

Güney Azərbaycanda dəm qazı 2 ayda 31 nəfərin ölümünə səbəb olub

2020-07-13

gun az article

Güney Azərbaycanın müxtəlif əyalətlərində koronavirus pandemiyası ilə bağlı yeni rəqəmlər açıqlanıb

2020-07-13

gun az article

Təbriz Şəhər Şurasının daha bir üzvü koronavirusa yoluxub

2020-07-13

gun az article

Sürgündə olan milli fəal Siyamək Mirzayi vətənə qayıdır

2020-07-13

gun az article

Ərdəbilin keçmiş deputatı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib

2020-07-13

gun az article

Siyasi fəal Fəramərz Bəxtiyar Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib – VİDEO

2020-07-12

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının sayı 570 nəfəri ötüb

2020-07-12

gun az article

Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12

gun az article

Mişo dağlarında baş verən yanğın söndürülüb

2020-07-12