Savalan dağında 4 azərbaycanlı milli-mədəni fəal saxlanılıb

Savalan dağında 4 azərbaycanlı milli-mədəni fəal saxlanılıb

GünAz TV: Ərdəbildə Savalan dağının pənahqahında  4 azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Tanınmış fəallar Aydın Zakiri və Meysəm Babayi Meşginşəhr (Xiyav), Ayət Xeyrcu və Meysəm Colani isə Ərdəbil şəhərinin sakinləridir. Onlar avqustun 3-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq ittihamlarının elan olunması üçün Lahrud məhkəməsinə aparılıb, sonra Meşginşəhr Polis İdarəsinin Təhlükəsizlik Bölümünün təcridxanasına intiqal edilib.

 

Hələlik təsdiq edilməyən bir xəbərə görə, tutulanlar arasında 4 nəfər xoylu və 1 nəfər də parsabadlı fəal olub.

 

Yuxarıda adlarını çəkdiyimiz fəallar budan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, məhkəmə tərəfindən həbs və nağd pul cəriməsinə məhkum edilib. Onlar son illərdə müxtəlif formalarda rejimin təzyiqlərinə məruz qalıblar.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN