Səttarxanın məzarı üstünə gedən fəallara təzyiq edilib, onlardan bir neçəsi saxlanılıb, - GÖRÜNTÜ

Səttarxanın məzarı üstünə gedən fəallara təzyiq edilib, onlardan bir neçəsi saxlanılıb, - GÖRÜNTÜ

GünAz TV: Azərbaycanın tarixi qəhrəmani milli sərdar Səttarxanın məzarı üstünə gedən fəallar təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib, onlardan bir neçəsi saxlanılıb.

 

Urmiyə, Tehran və Kərəcdən olan Azərbaycan Milli Hərəkat fəalları Şah Əbdüləzim qəbiristanlığında Səttarxanın məzarı üstünə gedərək fatihə vermək istəyiblər, lakin təhlükəsizlik qüvvələri buna mane olub.

 

Onlar, fəalları Səttarxanın məzarından uzaqlaşdırıb, ziyarət mərasiminin keçirilməsinə icazə verməyiblər. Hətta fəallardan bir neçəsi polis tərəfindən saxlanılıb, lakin bir neçə saat sonra sərbəst buraxılıblar. Azərbaycanlı fəallara bir daha milli sərdarın məzarı önünə toplaşmasınlar deyə xəbərdarlıq edilib.

 

Milli sərdar Səttarxan 1866-ci ildə Güney Azərbaycanın Qaradağ vilayətinin Bişək kəndində tacir ailəsində anadan olub. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttarxanı böyük sərkərdə səviyyəsinə qaldırıb. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrilib. Səttarxan uzun müddət şərəfli mübarizədən sonra 1914-cü il noyabrın 17-də Tehranda şəhid olub. O Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunub.

 

 

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN