Siyamək Mirzayi haqqında qondarma ittihamla yeni dosye təşkil olunub

2017-12-07 14:10

GünAz TV: Evin zindanının təhlükəsizlik bölümünün məsulları həbsxananın 8-ci korpusunda məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal mühəndis Siyamək Mirzayi haqqında qondarma ittihamla yeni dosye təşkil ediblər.

 

Hüquqlarının pozulduğuna görə zindandan səlahiyyətli rəsmi şəxslərə məktub yazmaq, 18 günlün aclıq aksiyası keçirmək və s. kimi hərəkətləri ilə məhkəmə və təhlükəsizlik orqanlarını qəzəbləndirən azərbaycanlı fəal bu dəfə yeni bir ssenari ilə üzləşib. Belə ki, bir müddət öncə zindan məsulları suç uydurmaq məqsədi ilə bir məhbusu S.Mirazyi ilə dava eləməyə təşviq ediblər. Məqsədyönlü şəkildə təşkil olunan davadan sonra təhlükəsizlik bölümünün məsulları fəalı “rəhbəri təhqir etmək və ümumi asayişi pozmaq”da günahlandıraraq yeni dosye təşkil ediblər. Fəala qarşı irəli sürülən ittiham Tehran müqəddəs 33 nahiyyəsi məhkəməsinin 4-cü şöbəsinin hakimi tərəfindən  təsdiqlənib, o həmin ittihama görə 100 milyon tümənlik mülki vəsiqə qərarı ilə üzləşib.

 

Qeyd edək ki, İranın əksər zindanlarında siyasi məhbuslarla ağır cinayətlərdə ittiham olunan məhbuslar eyni korpusda saxlanılır. İran rejimi siyasi məhbusları, təhlükəsizlik məsələləri ilə bağlı məhbus adlandıraraq onlara xüsusi korpus ayırmaqdan imtina edir. Bu vəziyyət bir çox azərbaycanlı siyasi məhbusu, o cümlədən  S.Mirzayini təhlükə ilə üz-üzə qoyur.

 

S.Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

S.Mirzayi bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14