Siyamək Mirzayinin əsərləri toplusu “Suçlanmış suçsuz” adlı kitabda nəşr olunub

Siyamək Mirzayinin əsərləri toplusu “Suçlanmış suçsuz” adlı kitabda nəşr olunub

GünAz TV: Tehranın Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal mühəndis Siyamək Mirzayinin əsərləri toplusu internetdə PDF şəklində nəşr olunub.

 

“Suçlanmış suçsuz” kitabında mühəndis Siyamək Mirzayiyə aid məqalə, şeir, müsahibə, çıxış, həbsxanadan yazılan məktublar, məhkəmələrdə özünümüdafiə mətnləri və s. kimi əsərlər öz əksini tapıb. Kitab siyasi məhbusun yaxınları və azərbaycanlı fəallar tərəfindən hazırlanıb.

 

Siyamək Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi azərbaycanlı fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib. 36 yaşlı Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib.

 

PDF faylı şəklində olan kitabı buradan Yükləyin.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN