Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəməyə çağırılıb

Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani məhkəməyə çağırılıb

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Abbas Lisani Əhər şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

 

Çağırış vərəqəsinə əsasən fəal avqustun 8-də məhkəməyə müraciət edib, irəli sürülən ittihamlara cavab verməlidir.

 

A.Lisani ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə sistemin əleyhinə olan müxalif qrupların təşkili və idarə etməsində günahlandırılır.

 

A.Lisani 2014-cü il fevralın 20-də Əhərdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən mərasimdə tutulan fəallar arasında olub. Mərasim keçirildiyi zaman təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədən silah və gözyaşardıcı qazla mərasimin keçirildiyi evə hücum edib, onlarla fəalı yaxalamışdır. Tutulan fəalların əksəriyyəti bir neçə gün saxlandıqdan sonra zəmanətə buraxılmışdır.

 

A.Lisani və daha bir neçə fəal həmin dosye ilə əlaqədar məhkəməyə çağırılıb.

 

Əslində fəallarin birinci məhkəmə iclası aprelin 15-də keçirilməli idi, lakin proses məhkəmə tərəfindən təxirə salınıb. Buna, dosyenin Əhər İnqilab Məhkəməsindən Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə intiqal edilməsi və fəalların bu qərara etiraz etmələri səbəb olmuşdur.

 

Abbas Lisani bundan öncə də Azərbaycan türk millətinin milli və demoktarik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN