Tehran məhkəməsinin hökmü ilə 10 il həbsə məhkum edilən Siyamək Mirzayi, 2 il də Təbəsə sürgün ediləcək

2017-01-22 13:44

GünAzTV: İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəsinə görə Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan azərbaycanlı fəal Siyamək Mirzayiyə çıxarılan hökm, yazılı şəkildə onun vəkillərinə elan edilib.

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Tehrandakı Gülüstan inqilab Məhkəməsi Siyamək Mirzayini, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq 10 il həbsə və 2 il sürgünə məhkum edilib. Bildirilir ki, fəal həbslə bərabər 2 il müddətinə də İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgün ediləcək. Məhkəmənin çıxardığı hökm, yanvarın 21-də yazılı şəkildə fəalın vəkilləri Cəfər Əfşarniya və Məhəmmədəli Əziziyə elan edilib.

 

Bildirilir ki, məhkəmə hakimi Bəhram Həsəni, bundan əvvəl Siyamək Mirzayinin müvəqqəti olaraq azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə tələb etsə də, vəkillər həmin məbləğin azaldılmasını istəmişdilər. Lakin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə bu baş tutmayıb və fəalın müvəqqəti sərbəst buraxılmasının qarşısı alınıb.

 

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-də  Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17

gun az article

Güney azərbaycanlı milli fəal Həmid Mənafi Nadarlı müvəqqəti azadlığa buraxılıb

2020-09-17

gun az article

GünazTV Sep.16.2020: Ərəb ölkələrinin İsrailnən münasibətlərinin normallaşmasır

2020-09-17

gun az article

“Traxtur Azərbaycan” komandasının məşqçisi cəzalandırılıb

2020-09-16

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-16

gun az article

Muxtar İbrahimi Marağa zindanına köçürülüb

2020-09-16