“Twitter”də Siyamək Mirzayiyə dəstək kampaniyası keçirilib, Urmiyada isə divarlara şüarlar yazılıb

2017-06-23 11:29

 GünAzTV: İranda milli zəmində apardığı dinc fəaliyətinə görə 11 aydan çoxdur Tehranın Evin zindanında saxlanılan azərbaycanlı fəal Siyamək Mirzayiyə dəstək məqsədi ilə “Twitter” sosial şəbəkəsində kampaniya keçirilib, Urmiyada isə onun azadlığa buraxılması tələbi ilə divarlara şüarlar yazılıb.

 

 

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, “Twitter” sosial şəbəkəsinin yüzlərlə istifadəçisi hüquq müdafiəçiləri ilə birlikdə iyunun 21-i Təbriz vaxtı ilə axşam saat 22.00-dan başlayaraq #freesiamak# və #Siyamək-Mirzayi# haştaqı ilə bir həftədir aclığa başlayan  azərbaycanlı fəalın ağır durumunu müzakirə ediblər. İyunun 22-si sübh saat 6.00-a qədər davam edən dəstək kampaniyasında, “Twitter” istifadəçiləri fəalın ağır səhhəti ilə bağlı yüzlərlə yazı paylaşaraq və ictimai rəyin diqqətini bu məsələyə çəkərək onun dərhal azadlığa buraxılmasını tələb ediblər.

 

 

Bildirilir ki, azərbaycanlı məhbusun haqq səsini dünyaya çatdırmaq məqsədi 8 saatlıq  kampaniyaya qatılanların 31 faizi, Azərbaycan Respublikası və Türkiyədən olan “Twitter” istifadəçiləri olub.

 

Son günlər həmiçinin Siyamək Mirzayiyə dəstək məqsədi ilə Urmiya şəhərinin müxtəlif məhəllərində divarlara şüarlar yazılıb. Azərbaycan türkcəsi, ingilis və fars dillərində yazılan “Siyamək Mirzayi azad olsun”, “İgid əsgər Siyamək Mirzayi möhkəm dayan”, “Siyamək Mirzayiyə azadlıq” və digər şüarlarda dinc fəalın dərhal azadlığa buraxılması tələb edilib.

 

 

Hazırda Tehranın Evin zindanının 8-ci korpusunda saxlanılan Siyamək Mirzayi, qanunsuz həbsinə, zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, Apellyasiya Məhkəməsinin müxtəlif bəhanələrlə ləngidilməsinə, dosyesinin təkmilləşdirilməsinə mane olan təhlükəsizlik qüvvələrinin işinə müdaxiləsinə və müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovu məbləğinin ağırlığına etiraz olaraq iyunun 17-dən aclıq aksiyası keçirir.

 

Xatırladaq ki,  “ETTELAAT” əməkdaşları,  36 yaşlı Siyamək Mirzayini, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutublar. Tutulduqdan sonra, o əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb.

 

Tehran inqilab məhkəməsi, Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və  qanunsuz qurum yaratmaqda günahlandırılaraq onu 10 il həbsə və 2 il Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Bundan əvvəl fəalın Apellyasiya Məhkəməsinin mayın 17-də keçiriləcəyi bildirilsə də, onun işi (dosyesi) məhkəməyə təqdim edilmədiyinə və digər naməlum səbəblərə görə məhkəmə iclası yenidən təxirə salınıb. Məhkəmənin dəqiq vaxtı barədə hər hansı bir məlumat verilməyib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
Səməd Niknam

2020-06-22

Dinsiz toplum olmamışdır. Din ictimai idealogiyanın və insan kimliyinin tərkib hissəsidir. İnsan mədəniyyəti din üzərində qurulub. İran farslarından fərqli olaraq, İran türklər, özəllilkə Səfəvilər bu mədəniyyətin yaranmasında böyük işlər görmüşdür. İnam hər kəsin şəxsi işidir. Amma din yalnız inamdan ibarət detil. Din insan mədəniyyətini özündə toplayan insani dəyərdir. Biz bu dəyərləri mənimsəməli və gəlişdirməliyik. İran türkləri və Səfəvilər bu mədəniyyətə yiyələndilər və onu yaşatdılar. Biz islam mədəniyyətini mənimiyə bilməsəydik, dövlət qura bilməzdik. Din varsa, mədəniyyət var, mədəniyyət varsa dövlət var. Farslar islamı mənimsiyə bilmədi. Ona görə də, İslamdan sonra dövlətdərin itirdilər. Farslar bu gündə islamı anlamamış və hər şeyi tərsə yozullar. İslamdan sapmışlar. Ona görə də, müsəlman xalq onları qəbul etmir. Türklər İslamı mənimsəmiş bir millətdir. Bütün türk dövlətdəri, istər Səlcuqlular, Osmanlılar, Səfəvilər və Qacarlar İslam mədəniyyəti üzərində qurulub. İslam dininin mahiyyətinə uuğun olaraq, bütün türk dövlətləri layik olmuşdur. Demək istəyirəm ki, İslam zatən layik dindir. Bu günkü İran İslam Cumhurisi də, teokratik dövlət deyil. Bunların islama ayidatı yoxdur.

Post | Gunaz article social
توران

2020-06-21

البته فارسها به تاریخ نداشته اشان میبالند.اون وقت ما تورکها نباید به تاریخ مستند و واقعی امان بنازیم؟

Post | Gunaz article social
A

2020-06-09

لعنت بر اسد و حامیان او

Post | Gunaz article social
سالار

2020-06-08

در جواب به فریده سرهنگی صفویان به خاطر قدرت امپراطوری و به دلیل اینکه زبان ترکی زبان رسمی کل امپراطوری بود مورد تایید ترکان هستش.

Post | Gunaz article social
Cahandar

2020-06-06

Ölün Gücünüz Heykələ Çatar.

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-31

توجه کنیم مازندرانی ها یا بهتر بگم شمالی ها 60درصد پان ایرانیست های معاصر را تشکیل می دهند.حواسمان به این ها باشه این ها از فارس ها بیشتر فارس پرستی یا ایران (ویران) پرستی می کنند این شمالی های پان ایرانیست زهرشان از مامبای سیاه هم غلیظ تر است!

Post | Gunaz article social
Babek

2020-05-30

فرید سرهنگی، چه ربطی به این خبر داشت فرمایش شما؟

Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV July.07.2020-Özümüz: Qacarlar: Məhəmməd Şah Dönəmi

2020-07-08

gun az article

GünazTV July.07.2020 -GÜNDƏM MASASI: İranın, G.A. Milli fəallarına qarşı uzun müdətli həbslərin verilməsi səbəbi

2020-07-08

gun az article

“Çağdaş Azərbaycan Kültür Dərnəyi” Abbas Lisaninin həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-07

gun az article

Güney azərbaycanlı tələbə Pərisa Rəfii Evin zindanına aparılıb

2020-07-07

gun az article

Güney Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananlar var

2020-07-07

gun az article

Güney Azərbaycanda bir xəstəxananın 40 əməkdaşı koronavirusa yoluxub

2020-07-07

gun az article

Qərbi Azərbaycanda daha bir xəstəxana COVID-19 xəstələrinə ayrılıb: yoluxanların sayında rekord artım

2020-07-07

gun az article

Urmiya gölündə su səviyyəsinin düşməsi davam edir

2020-07-07

gun az article

Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib

2020-07-07

gun az article

GünazTV July.06.2020: PARLAQ GƏLƏCƏK: İran rejiminin sosial-iqtisadi çöküşü və rejimin gələcəyinə bir baxış

2020-07-06

gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə çatıb

2020-07-06

gun az article

Süngün mis mədəninin zəhərli çirkabı ətraf çaylara axıdılır

2020-07-06

gun az article

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri sərbəst buraxılıb + VİDEO

2020-07-06

gun az article

Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı rəsmi olaraq qadağan edib

2020-07-06

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-06

gun az article

Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal koronavirusdan həyatını itirib

2020-07-05

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05

gun az article

Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05