Urmiyada axşam kampaniyasına qatılan daha 40 qız və oğlan tutulub

Urmiyada axşam kampaniyasına qatılan daha 40 qız və oğlan tutulub

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyada axşam kampaniyasına qatılan və birlikdə şənlik edən daha 40 qız və oğlan tutulub. Bu barədə Urmiya hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Səmədpur oktyabrın 25-də jurnalistlərə açıqlamasında məlumat verib.

 

Hüseyn Səmədpur bildirib ki, şəhərin mərkəzi küçələrindən birində subay qız və oğlanların bir mənzidə toplaşıb şənlik etməsi ilə bağlı vətəndaşlardan birinin polisə zəngindən sonra hüquq-mühafizə qüvvələrinin əməkdaşları hərəkətə keçib: “polis əməkdaşlarımızın həmin evdə keçirdiyi əməliyyat nəticəsində, qanunsuz olaraq birgə qonaqlıq keçirən 40 qız və oğlan tutulub. Tutulanlar polis bölməsinə aparılıb və dindirildikdən sonra məhkəmə orqanlarına təhvil verilib”.

 

Xatırladaq ki, İran İslam Respublikasında qız və oğlanların bir yerə toplaşaraq şənlik etməsi, yaxud onların ad günləri mərasimlərinə birgə qatılıb rəqs edərək xoş anlar keçirməsi qadağndır.  Bu ilin iyun ayından bu yana İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına və ad günləri mərasimlərinə edilən hücumlarda ən azı 900 adam həbs edilib.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN