Urmiyada azərbaycanlı fəal Nasir Xülusi tutulub

 Urmiyada azərbaycanlı fəal Nasir Xülusi tutulub

GünAzTV: İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda dinc fəaliyyət aparan gənc fəal Nasir Xülusi tutulub.

 

ETTELAAT-ın Urmiya şöbəsinin əməkdaşları gənc fəalı yanvarın 23-ü axşam saatlarında küçədə tutub naməlum istiqamətə aparıblar. Fəalın hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı haqda hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, son günlər İranın müxtəlif şəhərlərində, o cümlədən də paytaxt Tehranda dinc azərbaycanlı fəallara qarşı təzyiqlər gücləndirilib, onlardan bəziləri həbs edilib.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN